07.09.2026 - 15:36
Ölkə 13 baxış

Bakı-Quba yolunda aşan ağac hərəkəti çətinləşdirdi

Sentyabrın 7-də səhər saatlarından etibarən başlayan güclü külək Quba rayonunda ciddi fəsadlara səbəb olub. Bakı-Quba yolunun Qaraçay kəndi ərazisindən keçən hissəsində iri bir ağacın aşması nəticəsində yolun hərəkət hissəsinin bir qismi bağlanıb. Minval.info xəbər verir ki, hazırda yolun bir hissəsi açıqdır və nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir. Hadisə ilə bağlı müvafiq tədbirlər görülməkdədir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: