Bakı metrosunda gediş haqqı artırıla bilərmi?
Bakı metrosunda gediş haqqının artırılması məsələsi gündəmdədir. Avqustun 15-dən etibarən “Bakı Metropoliteni”nin “yaşıl” və “qırmızı” xətlərinin ayrılması ilə bağlı işlərə başlanılıb və bu səbəbdən bəzi stansiyalarda gediş məhdudlaşdırılıb.
Minval.info xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlərin sərnişin axınının azalmasına səbəb olduğunu və bunun Bakı Metropoliteninin gəlirlərinə mənfi təsir göstərə biləcəyini bildirib. O, yaranan maliyyə itkisini kompensasiya etmək üçün gələcəkdə metroda gediş haqqının artırılması ehtimalının olduğunu qeyd edib.
Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, metroda gediş haqqının tənzimlənməsi ilə bağlı qərar qəbul etmək səlahiyyəti quruma aid deyil. Gediş haqqı üzrə tariflər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarı ilə tənzimlənir. Hazırda Bakı metrosunda gediş haqqı 60 qəpikdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi