Poliqlot atasının işdən çıxarılmasına etiraz edir
Məşhur poliqlot Aslan Məmmədzadə, Lənkəran Mərkəzi Xəstəxanasının İnsan resursları şöbəsinin müdiri Elbəy Fətəliyev haqqında TƏBİB-ə şikayət ünvanlayıb. O, bu barədə özünün sosial media hesabında məlumat verib.
Minval.info xəbər verir ki, Aslan Məmmədzadənin sözlərinə görə, onun atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 il çalışıb. 65 yaşını tamamladıqdan sonra kadr çatışmazlığı səbəbilə onun işini davam etdirməsi istənilib. Lakin iki il sonra rəhbərlik dəyişdikdən sonra Elbəy Fətəliyev, qaydaların dəyişdiyini bildirərək, Etibar Məmmədovun müqaviləsinə vaxtından əvvəl xitam verib.
TƏBİB məsələ ilə bağlı açıqlama verərək, hadisənin araşdırılacağını və nəticələrin ictimaiyyətə açıqlanacağını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək