PKK simvolu ilə bağlı Bakıda insident
Bakıda yol polisi əməkdaşları ilə “JEEP Wrangler” markalı avtomobilin sürücüsü arasında insident baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, insident Xırdalandan Bakıya gələn yolda qeydə alınıb. Yol polisi əməkdaşları 99 RD 088 dövlət qeydiyyat nişanlı “JEEP Wrangler” markalı avtomobilin üzərində qanunla tənzimlənməyən – PKK terror təşkilatının simvolu sayılan beşguşəli ulduz, bundan əlavə “Sheriff” yazılmış işarə və sözlərin olmasını görərək avtomobilə “saxla” işarəsi veriblər. Sürücü Məlik Məhsimov (şərti) maşını saxlasa da, polis əməkdaşlarının həmin işarələri sökməsi ilə bağlı tələblərinə etiraz edib. Bu zaman mübahisə daha da böyüyüb və həmin şəxs polisin tələblərini yerinə yetirməyəcəyini bildirərək tabeçilik göstərməməklə səs-küy salıb. Həmin şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
Saxlanılan şəxs barəsindəki protokol Abşeron Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə M.Məhsimov hər hansı qanunazidd hərəkət etmədiyini deyib: “Bakı-Sumqayıt yolunda posta dəvət olundum, orada idarə etdiyim “JEEP Wrangler” markalı, 99 RD 088 dövlət qeydiyyat nişanlı avtomobilin ön qapılarında 30 sm ölçüsündə olan beşguşəli ulduzun və “Sheriff” sözünün pozulması tələb edildi. Bu zaman tələbin qanuni əsasını soruşduqda polis əməkdaşları bunu bildirmədilər. Daha sonra mən məntəqədə komandirlə söhbət edərkən YPX-nin adını bilmədiyim əməkdaşları tərəfindən döyüldüm, sənədlərimi və telefonumu əlimdən aldılar. Hadisədən iki gün əvvəl də yol polisi əməkdaşı mənə zəng edərək avtomobilin ön qapılarında olan beşguşəli ulduzun sökülməsini bildirmişdi. Həmin vaxt polisə avtomobilin Amerikadan gətirildiyini, onu alan vaxt avtomobilin ön qapılarında olan beşguşəli ulduzun və “Sheriff” sözünün olduğunu deyərək sökməkdən imtina etdim”.
Məhkəmənin qərarı ilə M.Məhsimova 8 sutkalıq inzibati həbs cəzası verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda xadimə mənzildən 5 min manatlıq oğurluq edib
Tərtərdə ermənilər üçün çəkiliş aparan şəxs saxlanıldı
Bakıda öküz iki nəqliyyat vasitəsini vurub - FOTO
Bakıda orta məktəbin qadın müəllimləri dava edib, cinayət işi başlanılıb
Bakıda avtomobil yaşlı qadını belə vurdu - Video
Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlandı
17 yaşlı qız gecə klubunda döyülüb xəstəxanalıq oldu