12.09.2026 - 16:21
Ölkə 9 baxış

Azərbaycan klubları Çempionlar Liqasında tarix yazdı

Son on ildə UEFA Çempionlar Liqasında iştirak edən klublar arasında heyətinin ümumi dəyəri ən aşağı olan komandaların siyahısı açıqlanıb. Bu siyahıda Azərbaycanın iki təmsilçisi də yer alıb. 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində debüt edən ‘Qarabağ’ komandasının heyətinin ümumi dəyəri 17.3 milyon avro olub və bu göstərici ilə dördüncü pillədə qərarlaşıb.

Minval.info xəbər verir ki, cari mövsümdə tarixində ilk dəfə turnirin liqa mərhələsində mübarizə aparan ‘Sabah’ isə 19 milyon avroluq heyət dəyəri ilə beşinci sırada yer alıb. Siyahıya 2021/22 mövsümündə 12.3 milyon avroluq heyətlə Moldova ‘Şerif’i başçılıq edir. Qazaxıstanın ‘Kayrat’ı 12.8 milyon avro ilə ikinci, Sloveniyanın ‘Maribor’u isə 13.9 milyon avro ilə üçüncü sıradadır.

İlk 10-luq belədir: 1. ‘Şerif’ (Moldova, 2021/22) – 12.3 milyon avro; 2. ‘Kayrat’ (Qazaxıstan, 2025/26) – 12.8 milyon avro; 3. ‘Maribor’ (Sloveniya, 2017/18) – 13.9 milyon avro; 4. ‘Qarabağ’ (Azərbaycan, 2017/18) – 17.3 milyon avro; 5. ‘Sabah’ (Azərbaycan, 2026/27) – 19 milyon avro; 6. ‘Nikosia’ (Kipr, 2017/18) – 19.3 milyon avro; 7. ‘Makkabi Hayfa’ (İsrail, 2022/23) – 20.3 milyon avro; 8. ‘Slovan’ (Bratislava, Slovakiya, 2024/25) – 20.9 milyon avro; 9. ‘Pafos’ (Kipr, 2025/26) – 22.7 milyon avro; 10. ‘Ferentsvaroş’ (Macarıstan, 2020/21) – 24.7 milyon avro.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: