Kenan və Beren 3 milyonluq villa axtarışında
Məşhur cütlük Kenan Doğulu və Beren Saat, Los-Ancelesdə baş verən yanğından sonra yeni mənzil axtarışına çıxıb. 2025-ci ilin yanvarında Malibudakı 2,5 milyon dollarlıq villaları yanaraq külə dönən cütlük, həmin ərazidə yenidən ev tikdirmək fikrindən daşınıb.
Minval.info xəbər verir ki, sığorta ödənişini alan Kenan və Beren, artıq Hollivudda 3 milyon dollardan başlayan lüks villalarla maraqlanır və bəyəndikləri bir mülkü almağa hazırlaşırlar. Xatırladaq ki, yanğın zamanı onların təkcə evi deyil, daxildəki dəyərli əşyaları da məhv olmuşdu.
Kenan Doğulunun 1 milyon dollarlıq musiqi studiyası, xüsusi lent yazıları və kolleksiya gitaraları, həmçinin Beren Saatın gəlinliyi və 50-yə yaxın incəsənət əsəri də yanaraq kül olmuşdu.
ƏLAQƏLİ
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş
Bakı Humanitar Kollecində tələbə bıçaqlanıb
Bakıda üzərindən maşın keçən ana və körpənin son durumu