Nepalda faciə: Həlak olanların sayı artır
Nepalda baş verən dağıdıcı torpaq sürüşməsi və ardınca gələn güclü daşqın nəticəsində həyatını itirənlərin sayı 1 386 nəfərə çatıb. Minval.info xəbər verir ki, Nepal hakimiyyətinin məlumatına görə, faciə qurbanlarının sayı durmadan artır və hələ də 5 100-dən çox insan itkin düşmüş hesab olunur.
Xatırladaq ki, fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimalında baş verib. Hadisəyə səbəb nəhəng dağ uçqunu olub. Dağ süxurlarından ibarət güclü axın çay yatağı boyunca böyük sürətlə 70 kilometrdən çox məsafə qət edərək geniş əraziləri su altında qoyub. Fəlakətin miqyası sərhəddin o biri tərəfindən də yan keçməyib – Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşüb. Xilasetmə qrupları ərazidə axtarış-xilasetmə əməliyyatlarını çətin şəraitdə davam etdirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda qadın canlı yayım zamanı həyatını itirdi
İspaniya futbolunda faciə: Qapıçı ilə toqquşan hücumçu öldü
Dövlət sərhədində bir ayda 472 kiloqram narkotik aşkarlanıb
Yarım tona yaxın narkotik aşkarlandı
Türkiyədə sərnişin avtobusu aşdı: 45 yaralı var
Bakıda sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdı