FHN Zaqatalada yanğın təlimi keçirdi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala şəhərində yerləşən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yanğın-taktiki təlim keçirib. Təlimin əsas məqsədi səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Minval.info xəbər verir ki, təlim zamanı şərti yanğınla əlaqədar “həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ şəkildə hadisə yerinə çataraq, yanğınla mübarizə tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş səhiyyə müəssisəsində təxliyə planına uyğun olaraq vətəndaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə ilkin yardım göstərilib və yanğın qısa müddətdə söndürülüb.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada qatar qəzasında 27 ölkənin vətəndaşı həlak olub
Filippində Mayon vulkanı püskürdü: Üçüncü səviyyə həyəcan siqnalı
Ukrayna ordusunun snayperi və təlimatçısı Afrika ölkəsində həbs edildi
Filippinlərdə Mayon vulkanı fəallaşdı: xəbərdarlıq səviyyəsi artırıldı
Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı
Siyəzəndə məktəbli motosiklet qəzasında həyatını itirdi
6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarıldı