12.09.2026 - 15:53
Kriminal 16 baxış

Ağstafada ailə dramı: Həyat yoldaşını boğdu, polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını qətlə yetirməyə cəhd edən Pərviz Bayramlıya məhkəmə hökmü oxunub. 1992-ci il təvəllüdlü Pərviz Bayramlı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Minval.info xəbər verir ki, hadisədən bir neçə gün əvvəl Pərvizin həyat yoldaşı ilə mübahisə edərək atası evinə getməsi ilə başlayan bu hadisə, Pərvizin həmin evə gedərək qohumlarının gözü qarşısında xanımına hücum etməsi ilə davam edib. O, həyat yoldaşını yerə yıxaraq boğmağa başlayıb və qadının huşsuz vəziyyətdə hərəkətsiz qaldığını görüb. Pərviz, həyat yoldaşının öldüyünü düşünərək evi tərk edib və polisə təslim olub.

Hadisə zamanı qadın ciddi xəsarətlər alıb, lakin qayınanasının təcili tibbi yardıma müraciəti nəticəsində qadının həyatı xilas edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: