12.09.2026 - 16:14
Ölkə 11 baxış

Bakı metrosunda təhlükəsizlik sədləri quraşdırılacaq

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni bir layihənin icrasına başlanacaq. Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, metro stansiyalarında platformalarda mühafizə sədlərinin çəkilməsi planlaşdırılır.

Minval.info xəbər verir ki, bu proses Bakı metropolitenində qatar parkının yenilənməsinə də təsir edəcək hərəkət sistemlərinin tam yenilənməsindən sonra daha da asanlaşacaq. Hazırda metro stansiyalarında yeni nəsil qatarlarla yanaşı, köhnə tipli qatarlar da fəaliyyət göstərir. Bu qatarların qapılarının ölçüləri fərqli olduğundan mühafizə sədlərinin quraşdırılması çətinlik yaradır. Lakin 2030-cu ilə qədər yeni sistem quraşdırıldıqdan sonra bu prosesə start verilə bilər.

Bəxtiyar Məmmədov əlavə edib ki, bu yeniliklər nəticəsində metroda intiharların, sərnişinlərin qatar yoluna yıxılmasının, telefon və digər əşyaların yola düşməsinin qarşısı alınacaq. 2030-cu ilə qədər 9 yeni stansiya tikilib istifadəyə veriləcək, 300 yeni vaqon alınacaq və qatar parkı əsasən yenilənəcək. Mövcud xətlərdə ən müasir sistemlər quraşdırılacağından metro stansiyalarında mühafizə sədlərinin çəkilməsi asanlaşacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: