Tərtər sakini minalı ərazidə həyatda qaldı
Ağdərə rayonunun Papravənd kəndində baş verən hadisə zamanı Tərtər rayon sakini, 21 yaşlı Sərxan Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən təhlükə ilə üzləşib. At piyada əleyhinə minaya düşüb və Sərxan Rüstəmzadə atdan düşərək hadisə yerində qalıb.
Minval.info xəbər verir ki, Sərxan Rüstəmzadə hadisə barədə danışaraq, “At məni tulladı və axsaya-axsaya qaçdı. Mən də düşdüyüm yerdə qaldım, tərpənmədim, bildim ki, minalı əraziyə düşmüşəm. ANAMA-nın əməkdaşlarına xəbər verdim. 4-5 km çətin ərazidə cığır açıb məni çıxardılar”, – deyə bildirib.
Hadisə nəticəsində sol diz oynağının əzilməsi və sol baldır nahiyəsində açıq yaralar diaqnozu qoyulan Sərxan Rüstəmzadəyə zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"