Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bəzi insanlar ölüm sonrası həyat ümidi ilə bədənlərini -196°C temperaturda saxlatdırırlar. Avstraliyadakı Southern Cryonics müəssisəsində hazırda 7 nəfərin cəsədi maye azotla dolu tanklarda qorunur. Ölümündən sonra bədənlər hüceyrələrin zədələnməsini azaltmaq üçün xüsusi kimyəvi maddələrlə işlənir və daha sonra tanklara yerləşdirilir.
Minval.info xəbər verir ki, bu prosedurun ilkin mərhələsi təxminən 60 min dollara başa gəlir. Bədənin müddətsiz saxlanılması üçün əlavə 150 min dollar ödənilir. Lakin mütəxəssislər insan bədəninin dondurulduqdan sonra yenidən həyata qaytarılmasını mümkün edən texnologiyanın hazırda mövcud olmadığını bildirirlər.
Müəssisənin rəhbəri Philip Rhoades isə yaxşı qorunmuş bədənlərin 2080-ci il ətrafında yenidən həyata qaytarıla biləcəyini düşünür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi
Konqoda məktəb yanğını: 29 şagird həyatını itirdi
Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Ağdərədə mina partlayışı: Gənc yüngül xəsarət aldı
Coşqun Məmmədovun faciəvi ölümü: Baş həkim dayısı danışdı