Si Cinpin 7 ildən sonra Hindistanda!
Çin Sədri Si Cinpin, 7 illik fasilədən sonra ilk dəfə Hindistana səfər edib. Bu səfər, Yeni Delhidə keçirilən BRICS liderlərinin sammitində iştirak məqsədi daşıyır.
Minval.info xəbər verir ki, Si Cinpin sammitdə çıxış edəcək və Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlar aparacaq. Həmçinin, birlik ölkələrinin digər liderləri ilə də fikir mübadiləsi aparması planlaşdırılır.
Səfər, 2020-ci ildə mübahisəli Himalay sərhədində baş vermiş silahlı toqquşmadan sonra mürəkkəbləşən Çin-Hindistan münasibətlərinin bərpası fonunda həyata keçirilir. Həmin toqquşma nəticəsində 20 hindistanlı və 4 çinli hərbçi həlak olmuşdu. Son illərdə Pekin və Yeni Delhi ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"