Toyota Bakı Mərkəzində 610 minlik fırıldaq qalmaqalı
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı Vüsal Kərimov 610 min manatlıq fırıldaqçılıq ittihamı ilə həbs edilib. O, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb olunub. İstintaq nəticəsində məlum olub ki, Vüsal Kərimov 2014-cü ildən etibarən “Toyota Bakı Mərkəzi”ndə çalışıb və bu müddət ərzində müxtəlif əlaqələr qurub.
Minval.info xəbər verir ki, Vüsal Kərimov Tamerlan Əliyevə Yaponiyadan Azərbaycana avtomobil gətirilməsi ilə bağlı birgə iş qurmağı təklif edib. O, bəzi müştərilərin sifarişlərdən imtina etdiyini və bu avtomobilləri sərfəli şərtlərlə əldə edib satmaqla gəlir əldə edə biləcəklərini bildirib. Bu yolla Vüsal, 2024-2025-ci illərdə Tamerlandan külli miqdarda pul alıb, lakin sonradan yoxa çıxıb və pulları geri qaytarmaqdan imtina edib.
İş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə Vüsal Kərimovu Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (dələduzluq – xüsusilə külli miqdarda zərər vurmaqla) üzrə təqsirli bilib və onu 10 il müddətinə azadlıqdan məhrum edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhurların olduğu təyyarə təcili eniş etdi
İctimai nəqliyyatda yeni dövr: Brutto modeli gəlir
Məzunlar niyə müəllimlikdən qaçır?
Azərbaycanda işıq pulu tarixinə son qoyula bilər
Ledi Qaqa ilk dəfə ana oldu!
Çetin Tekindor xəstəxanada, serialda dəyişiklik var
Alla Puqaçova 77 yaşında Türkiyədə!