12.09.2026 - 15:18
Maqazin 15 baxış

Məşhurların olduğu təyyarə təcili eniş etdi

“Delta Airlines” aviaşirkətinə məxsus Los-Ancelesdən Nyu-Yorka uçan sərnişin təyyarəsi pilot kabinəsində yayılan tüstü və yanıq qoxusu səbəbindən Albukerke şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

Minval.info xəbər verir ki, ABŞ Federal Aviasiya İdarəsi hadisə ilə bağlı məlumat yayıb. “Boeing 767” təyyarəsinin göyərtəsində məşhur aktyorlar Endryu Qarfild, Ouen Til, Nik Robinson, “Love Island” şousunun iştirakçısı Dilan Vrona və müğənni Mark Ambor da olub.

Aviaşirkət sərnişinlərdən üzr istəyərək, onların Nyu-Yorka çatdırılması üçün yeni reysin tez bir zamanda təşkil olunacağını bildirib. Hadisə zamanı sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.

Hadisədən sonra aktyor Ouen Til sosial şəbəkə hesabında zarafatla qeyd edib ki, əgər təyyarə qəzaya uğrasaydı, qəzetlərin manşetlərində “Endryu Qarfild və digər ulduzlar həlak oldu” yazılacaqdı. Nik Robinson isə Ouen Til ilə fotosunu paylaşaraq özlərini zarafatla “sağ qalanlar” adlandırıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: