12.09.2026 - 15:25
Siyasət 14 baxış

Nepalda daşqın fəlakəti: 1 400 ölü, milyardlarla ziyan

Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində azı 1 400 nəfər həyatını itirib və ölkənin bərpası üçün təxminən 4.74 milyard dollar tələb olunur.

Minval.info xəbər verir ki, bu barədə Nepal hökumətinin ziyanın miqyası ilə bağlı hesabatında məlumat verilib. Ehtimal edilən xərclərin ən böyük hissəsi, yəni 3.1 milyard dolları infrastrukturun bərpasına yönəldiləcək. Bu məbləğdən 2.56 milyard dollar elektrik şəbəkələrinin və zərər görmüş 13 su elektrik stansiyasının bərpasına, 481 milyon dollar isə dağılmış körpülərin və yolların təmirinə sərf ediləcək.

Xərclərin hesablanması nazirliklər, dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının topladığı məlumatlara əsaslanır. Bu, ilkin qiymətləndirmədir və daşqından əvvəlki və sonrakı məlumatların müqayisəsi tələb olunur. Mütəxəssislər sektorlar üzrə ziyanı dəyərləndirmək üçün dronlardan istifadə ediblər.

Xatırladaq ki, təbii fəlakət avqustun 26-da Nepalın şimal bölgəsində baş verib. Daşqının yaranmasına qar uçqunu səbəb olub və nəticədə nəhəng qaya və palçıq kütləsi çay yatağı ilə 70 kilometrdən artıq məsafəyə yayılaraq geniş əraziləri su altında qoyub. Son məlumatlara əsasən, 589 xarici vətəndaş da daxil olmaqla, 5 mindən çox insan itkin düşmüş hesab olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: