Müəllimlərin işə qəbulu: Müsahibə nəticələri açıqlandı
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb. Namizədlər nəticələri şəxsi səhifələrində öyrənə bilərlər. Müsahibə mərhələsində uğur qazanan namizədlər 10 sentyabr saat 18:00-dək zəruri sənədləri müvafiq yerli təhsil idarəetmə orqanlarına təqdim etməlidirlər.
Minval.info xəbər verir ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər 7 sentyabr saat 11:00-dan 8 sentyabr saat 11:00-dək şəxsi səhifələri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciətləri yalnız elektron formada qəbul ediləcək. Müsahibələrin onlayn formatda keçirilməsi planlaşdırılır və namizədlər şəxsi səhifələrində müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanını qeyd etməli və iştiraklarını təsdiqləməlidirlər. Elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti qəbul edilməyəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?