Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 min vakant yer yaranıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov məlumat verib. O bildirib ki, bu il 6 minə yaxın müəllim müsabiqədə uğur qazanaraq fəaliyyətə başlayıb. Hazırda vakant yerlərin doldurulması prosesi davam edir.
Minval.info xəbər verir ki, Eşqi Bağırov müsahibəsində bəzi ucqar kənd məktəblərində, xüsusilə az saatlı fənlər üzrə müəllim çatışmazlığı olduğunu qeyd edib. Bu çatışmazlıqların aradan qaldırılması üçün yerli təhsil idarəetmə orqanları müsabiqədən keçmiş namizədlərlə həmin yerləri təmin edirlər. O, həmçinin vurğulayıb ki, vakant yerlərin doldurulması üçün aydın təlimatlar və tapşırıqlar verilib. Bu yerlər ya yeni müəllimlərin işə qəbulu, ya da qonşu məktəblərdən əvəzçilik qaydasında müəllimlərin cəlb olunması ilə təmin ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
Tıxacda qalmaq: Gələcəyin işıqlı yoluna addım