Universitetdə təhsil müddəti qısalır?
Ali təhsilin müxtəlif ixtisaslar üzrə eyni müddətdə davam etməsi məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Bəzi ixtisaslarda 4 illik təhsilin 3, hətta 2 il ərzində mənimsənilməsinin mümkün olub-olmaması araşdırılır. Təhsil müddətinin azaldılması tələbələrin əmək bazarına daha tez çıxmasına və təhsil xərclərinin azalmasına imkan yarada bilər. Bununla belə, belə bir dəyişiklik təhsilin keyfiyyəti, tədris proqramlarının məzmunu və məzunların peşə hazırlığı baxımından da nəzərdən keçirilməlidir.
Minval.info xəbər verir ki, təhsil eksperti Qoşqar Məhərrəmov bəzi ixtisaslar üzrə birinci kursda fundamental fənlərin tədris olunduğunu bildirir. Onun sözlərinə görə, həmin fənlər orta məktəbdə lazımi səviyyədə tədris edilirsə, onların universitetdə yenidən keçirilməsinə ehtiyac qalmır. Ekspert hesab edir ki, universitetdə təhsili 3 ilə endirmək mümkündür. Bir çox humanitar və pedaqoji ixtisaslarda bunu həyata keçirmək olar, lakin bu, yalnız orta təhsili güclü edə bildiyimiz halda mümkündür.
Qoşqar Məhərrəmovun fikrincə, fundamental fənlər üzrə ölkə səviyyəsində müəyyən imtahanlar təşkil edilə bilər. Bu imtahanları verən şəxslər həmin fənlərdən azad edilə və universitetdə artıq ikinci kursdan təhsilə başlaya bilərlər. Beləliklə, həmin tələbələr üçün universitet təhsili faktiki olaraq 3 ilə başa çatmış olar. Bunu kredit sistemi ilə də həyata keçirmək mümkündür. Məsələn, universitetdə 120, 130 və ya 150 kreditlik təhsil proqramı müəyyənləşdirilir və şagirdlərə həmin kreditlərin bir hissəsini artıq 11-ci sinifdən toplamaq imkanı yaradılır.
Ekspertin fikrincə, bu yanaşma tələbələrə həm vaxt qazandırır, həm də təhsil xərclərini azaldır. Çünki universitetdə bir il daha az təhsil alır və həmin il üçün əlavə təhsil haqqı ödəməli olmur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
Tıxacda qalmaq: Gələcəyin işıqlı yoluna addım
Masazırda şagirdlər sinifsiz qalıb: Narahat valideynlər!
Sentyabrda bu bürclər üçün sevgi şansı!
3,1 milyard il əvvəl su vulkanları oyandırdı
Konqoda Ebola təhlükəsi: Yoluxma sürətlə artır