Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
Əməkdar artist Könül Kərimovanın nəvəsi Dəniz bu il birinci sinfə qədəm qoyur. Bu əlamətdar hadisə münasibətilə Dənizin fotosessiyası təşkil edilib və şəkilləri Könül Kərimovanın qızı Ləman sosial şəbəkədə paylaşıb.
Minval.info xəbər verir ki, Ləman qızının ilk məktəb günü ilə bağlı duyğularını belə ifadə edib: “Mənim balaca işığım, dünyama gəldiyin gün hələ də dünən kimidir. Bu gün isə sən əlinə ilk qələmini alıb böyük bir həyata addım atırsan. Bu ilk dərs günün mübarək olsun. Məktəbli forması sənə nə qədər yaraşırsa, bilik və müdriklik də ruhuna elə yaraşsın. Hər zaman özünə inan, çünki sən düşündüyündən də güclü və ağıllısan. Yolun açıq, bəxtin gözəl olsun, gözəl qızım. Diləyirəm ki, öyrənəcəyin hər hərf sənə həyatı, sevgini və insanlığı daha gözəl tanıtsın.”
Qeyd edək ki, Könül Kərimovanın Rəşad adlı oğlu da var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?