Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Yenilənmiş asfalt örtüyü üzərində nişanlanma işlərinin aparılmaması yol təhlükəsizliyi məsələlərini gündəmə gətirir. Hərəkət zolaqlarını ayıran xətlər, piyada keçidləri və stop-xətlər olmadan təhlükəsizlik necə təmin edilməlidir? Bu sual aktuallığını qoruyur.
Minval.info xəbər verir ki, “Avtomobil yolları haqqında” Qanunun 40-2-ci maddəsi təmir zamanı yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunmasını və hərəkətin düzgün təşkilini tələb edir. Həmin Qanunun 40-3-cü maddəsinə görə isə istifadədə olan yolun vəziyyəti yol hərəkətinin təhlükəsizliyini təmin etməlidir. Üfüqi nişanlanmaya dair tələb Nazirlər Kabinetinin 7 fevral 2000-ci il tarixli 16 nömrəli qərarı ilə təsdiqlənmiş Qaydaların II bölməsinin 3.25-ci bəndində də göstərilib.
Yol örtüyündə nişanlanma “Yol hərəkəti haqqında” Qanuna və qüvvədə olan normativ-texniki sənədlərə uyğun aparılmalıdır. İqlim şəraitinə görə hərəkət hissəsinin nişanlanması kimi işlər yalnız onların görülməməsi yolun təhlükəsiz istismarına mane olmadıqda sonraya saxlanıla bilər. İşlərin tamamlanma müddəti isə Dövlət Qəbul Komissiyasının aktında göstərilməlidir. Bu səbəbdən aidiyyəti qurumların cavablandırmalı olduğu suallar konkretdir: asfaltlanan yolda xətlənmə nə vaxt tamamlanacaq, bu tarix hansı normativ tələbə və sənədə əsaslanır, həmin vaxtadək sürücü və piyadaların təhlükəsizliyi necə təmin olunur?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
Tıxacda qalmaq: Gələcəyin işıqlı yoluna addım
Masazırda şagirdlər sinifsiz qalıb: Narahat valideynlər!
Sentyabrda bu bürclər üçün sevgi şansı!