Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Laçın şəhərində uşaqlar üçün geniş miqyaslı tibbi müayinə və maarifləndirici tədbir təşkil olunub. Bu tədbir çərçivəsində ixtisaslaşmış həkimlər – pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların sağlamlıq vəziyyətini qiymətləndiriblər. Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti yoxlanılıb, inkişaf göstəriciləri nəzərdən keçirilib və mümkün problemlərin erkən aşkarlanmasına xüsusi diqqət yetirilib.
Minval.info xəbər verir ki, səhhətində problem aşkarlanan uşaqlara yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və lazım gəldikdə müvafiq müalicə təyin olunub. Bu yanaşma sayəsində ailələr uşaqlarının sağlamlıq vəziyyəti barədə operativ məlumat əldə edərək, lazımi tədbirləri dərhal görə biliblər. Tədbir ərzində 70-ə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçib və müxtəlif yaş qrupları əhatə olunub.
Böyük Qayıdış proqramı çərçivəsində keçirilən bu tədbir, yeni məskunlaşmış ərazilərdə uşaqların səhiyyə xidmətlərinə əlçatanlığını artırmaq və sağlam inkişafını dəstəkləmək məqsədi daşıyır. Müayinələrdən sonra valideynlər üçün xüsusi maarifləndirici sessiya təşkil edilib. Həkimlər mövsümi xəstəliklər, respirator virus infeksiyaları və uşaqlarda qəbizlik mövzularında ətraflı təqdimatlar ediblər. Bundan əlavə, yoluxucu xəstəliklərin qarşısının alınması üçün Milli peyvənd təqviminə uyğun olaraq körpələrin vaxtında vaksinasiyasının vacibliyi vurğulanıb. Valideynlərə uşaqların hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçmək, hər gün fiziki aktiv olmaq və düzgün qidalanmaq tövsiyə edilib. Sessiya sonunda valideynlərin sualları cavablandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
Tıxacda qalmaq: Gələcəyin işıqlı yoluna addım
Masazırda şagirdlər sinifsiz qalıb: Narahat valideynlər!
Sentyabrda bu bürclər üçün sevgi şansı!
3,1 milyard il əvvəl su vulkanları oyandırdı