Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışının artırılması məqsədilə “Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”nda tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılıb.
Minval.info xəbər verir ki, tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər, eləcə də şəxsi mənzilində və ya digər müvafiq məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər müraciət edə bilərlər.
Müraciət edən şəxslərdən minimum tam orta təhsil səviyyəsi, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Namizədlər xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, təqdim etdikləri məkan isə təhlükəsizlik və sanitariya-gigiyena normalarına cavab verməlidir.
Təlim qruplarında 4-8 nəfər uşaq iştirak edəcək. Qrupların fəaliyyəti həftədə 4 gün, gündə 2-2,5 saat olmaqla təşkil ediləcək. Tədris prosesi oyunəsaslı və məktəbəhazırlıq yönümündə aparılacaq. Qrupların fəaliyyəti mentor və metodistlər tərəfindən mütəmadi dəstəklənəcək və monitorinq olunacaq.
Qeydiyyat üçün son tarix sentyabrın 23-dür. Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!
Tıxacda qalmaq: Gələcəyin işıqlı yoluna addım
Masazırda şagirdlər sinifsiz qalıb: Narahat valideynlər!