VACİBKüləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, iyulun 27-si və 28-də güclü küləyin əsəcəyi ilə bağlı rəsmi xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı son məlumatlara görə, gözlənilən hava şəraiti ilə əlaqədar Bakıda, Abşeron yarımadasında və ölkənin bir çox bölgələrində xüsusi sarı və narıncı xəbərdarlıqlar qüvvəyə minib.
Minval.info xəbər verir ki, paytaxt başda olmaqla bir sıra şəhər və rayonlarda küləyin sürəti pik həddə çatacaq və narıncı xəbərdarlıq rejimi tətbiq olunacaq. Bu zonalara Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar və Şabran rayonları daxildir. Sözügedən ərazilərdə şimal-qərb küləyinin sürətinin saniyədə 20.8–28.4 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Sarı xəbərdarlığın qüvvədə olduğu digər bölgələrdə isə nisbətən zəif, lakin yenə də təhlükəli külək qeydə alınacaq. Sinoptiklər Naxçıvan MR, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağac, İmişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran və Astarada şimal-qərb küləyinin sürətinin saniyədə 13.9–20.7 metr təşkil edəcəyini bildiriblər.
Vətəndaşlara belə hava şəraitində maksimum dərəcədə diqqətli olmaq, xüsusilə narıncı xəbərdarlıq edilən ərazilərdə yüngül konstruksiyalı tikililərdən, iri ağaclardan və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Metronun bu stansiyası yenidən açılır
Milli Qəhrəman Ehtiram Əliyev xəstəxanaya yerləşdirildi
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər