Könül Xasıyeva: "2 dəfə ölüm xəbərim yayılıb"
Hazırda müalicə olunuram və özümü yaxşı hiss edirəm.
Minval.info xəbər verir ki, bunu report-a açıqlamasında xeyli müddətdir səhhətində problemlər olan xalq artisti Könül Xasıyeva deyib.
O, səhhəti ilə bağlı həqiqətə uyğun olmayan xəbərlərin yayılmasından narazılığını bildirib: “Artıq iki dəfə ölüm xəbərim yayılıb. İki dəfə keçdim, görməzdən gəldim. Amma bir daha belə olmayacaq. Əgər haqqımda bir daha əsassız xəbər yayılarsa, bununla bağlı müvafiq orqanlara müraciət edəcəm. Qanunlarla idarə olunan dövlətdə yaşayırıq. Bundan sonra məsələni hüquqi müstəvidə həll edəcəm”.
Qeyd edək ki, Könül Xasıyeva sinir ağrılarından əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Skuterlərin avtomobil yollarında hərəkəti qadağan olunsun!
Əməkdar artist Sevda Məmmədzadə komaya düşdü
Bakıda sabah yağış, şimşək və leysan gözlənilir
Poliqlot atasının işdən çıxarılmasına etiraz edir
Bakı metrosunda gediş haqqı artırıla bilərmi?
Bakıda qadın bahalı telefonunu taksidə itirdi
Şuşanın qayalarına yazılan xatirələr: Keçmişin izi