Heyvandarlığa dəstək: Hər heyvana 4 manat subsidiya!
Azərbaycanda xırdabuynuzlu heyvandarlığın inkişafı məqsədilə yeni subsidiya proqramı təsdiqlənib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması üçün hər heyvana görə 4 manat subsidiya veriləcək.
Minval.info xəbər verir ki, bu subsidiya proqramı, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan və 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlara şamil ediləcək. Subsidiyanın əsas məqsədi təsərrüfatlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.
Subsidiyadan faydalanmaq istəyən təsərrüfatların örüş və otlaqlarının vəziyyəti Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) Torpaqdan istifadə altsistemi və süni intellekt həlləri vasitəsilə monitorinq ediləcək.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək