Bakıda qadın bahalı telefonunu taksidə itirdi
Bakıda bir qadın iPhone 14 markalı telefonunu taksidə unudub və geri ala bilmir. Hadisə sentyabrın 4-də, saat 14:56-da baş verib. Vinera Mirzəbəyova adlı şəxs Yasamaldan Avtovağzala getmək üçün “Bolt” taksi xidmətindən istifadə edib. Avtovağzalın yuxarı dayanacağında avtomobildən düşərkən yükünün çox olması səbəbindən telefonunu maşında unudub.
Minval.info xəbər verir ki, telefonun səsi açıq olub və qısa müddət sonra sürücüyə zəng edilsə də, telefon əvvəlcə açılmayıb, daha sonra zənglərə “adboy” verilib və söndürülüb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib və 40-cı Polis Bölməsində şikayət ərizəsi yazılıb. Telefonun qutusunda qeyd olunan IMEI 1 və IMEI 2 kodları da təqdim edilib.
Vinera Mirzəbəyova bildirib ki, telefonun içində onun əməliyyatının planlaması ilə bağlı vacib videolar var və ayın sonunda əməliyyata girəcək. O, telefonunun tapılmasında köməklik göstərilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi