08.09.2026 - 16:34
Ölkə 415 baxış

İnarə Mirhəsənova TƏBİB-in müşaviri təyin edildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin olunub. Bu təyinat onun peşəkar karyerasında yeni bir mərhələni əks etdirir.

Minval.info xəbər verir ki, İnarə Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurmuşdur. O, maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışaraq, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə sahələrində geniş təcrübə toplamışdır.

Bu təyinatdan əvvəl İnarə Mirhəsənova “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində fəaliyyət göstərmişdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: