Ermənistan sülh danışıqları fonunda hərbi büdcəni artırır
Ermənistan hökuməti, bir tərəfdən Azərbaycanla sülh danışıqlarını davam etdirərkən, digər tərəfdən ordusunun silahlandırılması və hərbi potensialının gücləndirilməsi istiqamətində addımlarını davam etdirir. 2027-2029-cu illər üzrə təsdiqlənmiş orta müddətli dövlət xərcləri proqramı da bu istiqamətdə ciddi addımların atıldığını göstərir.
Minval.info xəbər verir ki, sənədə əsasən, Ermənistanın müdafiə xərcləri 2027-ci ildə 1,635 milyard, 2028-ci ildə 1,733 milyard, 2029-cu ildə isə 1,749 milyard dollar səviyyəsində olacaq. Müdafiə büdcəsinin kapital hissəsi isə 2027-ci ildə 908,8 milyon dollar, 2028 və 2029-cu illərdə isə hər il 969,7 milyon dollar təşkil edəcək.
Bu vəsaitlərin hərbi texnikanın alınması, infrastrukturun qurulması və modernləşdirmə layihələrinə yönəldilməsi nəzərdə tutulur. Ermənistanın bu addımları, bir tərəfdən sülh danışıqlarını davam etdirdiyi bir vaxtda, digər tərəfdən hərbi xərclərini artırması ilə diqqət çəkir.
Hərbi ekspertlər bildirirlər ki, Ermənistanın müdafiə xərclərini artırmaq niyyəti daxili auditoriyaya hesablanıb və Azərbaycana qarşı müharibə planı üzərində qurulmayıb. Ekspertlərə görə, Ermənistanın əsas məqsədi daxili təhlükəsizliyi təmin etmək və xalqı bu təhlükəsizliyə inandırmaqdır. Lakin, Azərbaycan ordusunun maliyyə vəsaitləri, döyüş qabiliyyəti və silahlanması ilə müqayisədə Ermənistanın bu səyləri kifayət qədər təsirli olmayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeronda yolun təmiri çərçivəsində drenaj sistemi qurulacaq
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Metronun bu stansiyası yenidən açılır
Milli Qəhrəman Ehtiram Əliyev xəstəxanaya yerləşdirildi
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər