Bakıda oğlan sevgilisini insanların gözü qarşısında döydü – FOTOLAR
Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.
Suraxanı rayonunda qeydiyyatda olan 31 yaşlı Aytən Nurullayeva (ad şərtidir) Binə Ticarət Mərkəzində qeyri-rəsmi nikahda yaşadığı 1992-ci il təvəllüdlü Rüstəmov Xəzər Yaşar oğlu tərəfindən insanların gözü qarşısında döyüldüyünü bildirib.
Şikayətçinin sözlərinə görə, təxminnə 3 ay əvvəl iş yoldaşı olan qadının oğlu Xəzər Rüstəmovla tanış olub və aralarında isti münasibətlər yaranıb. Bundan sonra həmin şəxs A.Nurullayevanın etibarından sui-istifadə edərək ona məxsus “Mercedes A 160” markalı avtomobili satdıraraq öz adına “Hyundai Accent” markalı başqa avtomobil aldırıb. A.Nurullayeva qeyd edib: “Xəzərin anası mənə elə yaxşı münasibət göstərirdi ki, sonradan başa düşdüm ki, onlar dələduzluqla məşğuldurlar. Mənim maşınımı satdırdılar. Təzə avtomobil alarkən Xəzərin rayon qeydiyyatında olduğu və zamin dura bilməyəcəyi üzə çıxdı. Məni inandırıb təzə maşını onun adına qeydiyyata saldırdılar. Lakin bir müddət sonra o, mənim pulumla alınan və mənə məxsus olan avtomobili qaçırdı. Ticarət mərkəzində ondan maşınımı tələb etdikdə məni vəhşicəsinə döydü, daha sonra ikinci mərtəbənin pilləkənindən yerə atdı. Həmin vaxt ağır xəsarətlər aldım”.
Zorakılıla qarşılaşmış qadının şikayəti üzrə 10-cu Polis Bölməsində araşdırma aparılır.
Publika.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO



