Elektrik enerjisi ixracı: Daxildə niyə bahadır?
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 319 milyon 39,4 min kVt/saat elektrik enerjisi ixrac edilib. Rəsmi məlumatlara əsasən, bu ixracın gömrük dəyəri 16 milyon 628,7 min dollar təşkil edib.
Minval.info xəbər verir ki, xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,2 sent (8,9 qəpik) olub. Bu qiymət, daxili bazarda satılan elektrik enerjisinin qiymətindən daha ucuzdur. Ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 qəpikdən (200 kVt/saat-a qədər), 10 qəpikdən (200-300 kVt/saat olduqda) və 15 qəpikdən (300 kVt/saat-dan artıq olduqda) başlayır. Beləliklə, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Rəşad Həsənov bildirir ki, Azərbaycanda elektrik enerjisinin qiymət siyasəti daha çox fiskal gəlirlər kontekstində nəzərdən keçirilir. Bu səbəbdən, daxili bazarda qiymətlər yüksəkdir və bazar faktorlarının təsiri məhduddur. Xaricə ixracda isə qiymətlərin düşməsi ixrac qiymətinə də təsir edir və siyasi maraqlar da bu prosesdə rol oynayır.
Ekspert əlavə edir ki, daxildə elektrik enerjisinin pərakəndə satışının təşkili ilə bağlı infrastrukturun yaratdığı maliyyə yükü qiymətlərin yüksək olmasına səbəb olur. Xaricə ixracda isə topdansatış qiymətləri nəzərdə tutulur və pərakəndə satışın təşkili idxalçı ölkənin üzərinə düşür. İSİM sədri qeyd edir ki, ölkəmizdə prosesin qismən subsidiyalaşması və enerji resurslarından əldə olunan gəlirlərin əhali arasında bölüşdürülməsi daha doğru yanaşma ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
33 rayonda müasir kəsim məntəqələri qurulacaq
Bakıda taksi qiymətləri uçur: Sərnişinlər narazı!
Sürücülərə sevindirici xəbər: Cərimələr tarixə qovuşur!
İlk sərhəd generalı İskəndər Allahverdiyev vəfat etdi
AZAL və konservatoriyadan "Səmanın ritmi" layihəsi
Bakının "Şamaxinka"sında səhər sıxlığı davam edir
Qara Qarayevdə kanalizasiya çökdü, küçələr su altında