18.09.2026 - 19:21
Ölkə 12 baxış

İlk sərhəd generalı İskəndər Allahverdiyev vəfat etdi

Azərbaycan Respublikasının ilk sərhəd qoşunları komandanı və ölkənin ilk sərhəd generalı İskəndər İmamverdi oğlu Allahverdiyev dünyasını dəyişib.

Minval.info xəbər verir ki, İskəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında mühüm rol oynayan hərbi xadimlərdən biri kimi tanınır.

1991-1992-ci illərdə İskəndər Allahverdiyev Azərbaycan Respublikasının Dövlət Sərhədinin Mühafizəsi Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə ona general-mayor rütbəsi verilib. Həmin ildən etibarən o, Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini vəzifəsini icra edərək, ölkənin sərhəd qoşunlarının ilk komandanı olub. 1992-1994-cü illərdə bu vəzifədə çalışaraq, sərhəd xidmətinin qurulmasında birbaşa iştirak edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: