Bakıda taksi qiymətləri uçur: Sərnişinlər narazı!
Bakıda son günlər taksi qiymətlərində kəskin artım müşahidə olunur. Adətən 3-4 manata gedilən yolların qiyməti 20 manata qədər yüksəlib. Bu vəziyyət sərnişinlər arasında narazılığa səbəb olub.
Minval.info xəbər verir ki, aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında bu mövzunu müzakirə edib. O, taksi sürücülərinin aşağı məbləğli sifarişlərdə sərnişinləri gözlətdiyini və daha sonra sifarişdən imtina etdiyini bildirib.
Aparıcı Mehman Rəsulov isə taksi sifariş edərkən hər zaman 4 manata getdiyi yol üçün dəfələrlə çox məbləğ tələb olunduğunu qeyd edib. O, “Pik saatda tələsirdim və taksi ilə tez çatmaq istədim. Tətbiqə girdim və qiymətə inanmadım. Necə 4 manatlıq yol 25 manat ola bilər?” deyə sual edib.
Son günlər sosial şəbəkələrdə də taksi xidmətləri ilə bağlı şikayətlərin artdığı müşahidə olunur. Sərnişinlər bəzi sürücülərin sifarişi qəbul etdikdən sonra dəqiqələrlə gözlətdiyini, daha sonra isə “gəlmirəm” deyərək sifarişdən imtina etdiyini bildirirlər. Bəzi hallarda isə sürücülərin zəng edərək tətbiqdə göstərilən qiymətdən daha yüksək məbləğ tələb etdiyi iddia olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb