Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
İran xarici işlər naziri Abbas Əraqçi iki gün əvvəl Çinə səfər edib. Bu səfər çərçivəsində o, çinli həmkarı Vanq Yi ilə görüşərək, ikitərəfli münasibətlər, ABŞ ilə danışıqlar və Yaxın Şərqdəki təhlükəsizlik məsələlərini müzakirə edib.
Minval.info xəbər verir ki, konfliktoloq Üzeyir Şəfiyev bu səfərin tamamilə təbii və gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə, yaxın zamanda Çin liderinin ABŞ-yə səfəri planlaşdırılır və bu səfər ərəfəsində Pekin strateji tərəfdaşlarla məsləhətləşmələr aparmağı, həmçinin Donald Trampla görüşdə bəzi məqamlarla bağlı informasiya əldə etməyi düşünür.
Şəfiyev əlavə edib ki, Əraqçinin Pekinə səfəri Çin lideri üçün Trampla siyasi bazarlaşma məsələsində yeni imkanlar yaradır. Çin, İranın kapitulsiyaya getməsini istəmir, lakin Hörmüz boğazı ilə bağlı yeni reallığı da qəbul etmir. Pekin, ABŞ ilə İran arasında vasitəçi rolunu artıraraq, siyasi-iqtisadi bazarlaşmaya gedir. Çin strateji tərəfdaş olsa da, İrana görə ABŞ ilə münasibətləri korlamaq niyyətində deyil. Bu baxımdan, Əraqçinin Pekin səfəri də əqrəblərin uyğunlaşdırılması baxımından əhəmiyyət daşıyır. Tehran, Çin vasitəsilə ABŞ-yə öz şərt və mövqeyini çatdırmaq istəyir və bu fonda Pekinin vasitəçilik missiyasına inanmaq istəyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qızılın qiyməti yenidən yüksəlir!
Körfəz ölkələrində ABŞ-a etimad sarsılır: Səbəblər nədir?
Naftalanda özbək turist ürək çatışmazlığından öldü
Qızıl bahalaşdı: Neft ucuzlaşdı, FES qərarı təsir etdi
FES faiz artımına davam edəcək: İnflyasiya hədəfdə
ABŞ-dən faiz artımı: Qızıl və Bitcoin ucuzlaşdı
Türkiyə-Əfqanıstan əməkdaşlığı: Kəşfiyyat sahəsində yeni mərhələ