33 rayonda müasir kəsim məntəqələri qurulacaq
Aparılan monitorinqlər nəticəsində məlum olub ki, Azərbaycanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqələri ya mövcud deyil, ya da fəaliyyət göstərmir. 2018-ci ildə ölkədə cəmi 6-10 kəsim məntəqəsi fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 84-ə çatıb.
Minval.info xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müasir heyvan kəsimi məntəqələrinin fəaliyyətinin yalnız qanunvericiliyin tələblərinə uyğun təşkilinə deyil, həm də heyvanların identifikasiyası və izlənməsi sisteminin effektiv tətbiqinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və qanunsuz heyvan kəsimi hallarının qarşısının alınmasına imkan verdiyini vurğulayıb.
AQTA sahibkarları kəsim məntəqəsi olmayan rayon və şəhərlərdə müasir tələblərə, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən heyvan kəsimi məntəqələrinin qurulmasına və fəaliyyətinin təşkilinə dəvət edir. Agentlik bu istiqamətdə sahibkarlara lazımi metodiki, təşkilati və texniki dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb