Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu
Bakı və Sumqayıt şəhərlərində yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı bu şəhərlərdə yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar edilib.
Minval.info xəbər verir ki, araşdırma nəticəsində Bakı şəhəri, Nizami rayonu Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsində, eləcə də Sumqayıt şəhəri 4-cü məhəllə ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 39 480 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş
Moskvada erməni iş adamının ailəsini qətlə yetirən şəxs ömürlük həbs olundu
Etibar Pirverdiyevin maaşı ilə bağlı yeni iddialar ortaya çıxdı
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açıldı