Paşinyan rus bazasını çıxarmaq istəyir: İrəvanda gərginlik
Ermənistanın baş naziri Nikol Paşinyan, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini gündəmə gətirib. Paşinyan, bu bazanın Ermənistana təhlükəsizlik baxımından heç bir fayda vermədiyini bildirib. O, Rusiyanın bazanı geri çəkmək istədiyi təqdirdə, Ermənistanın buna hazır olduğunu vurğulayıb.
Minval.info xəbər verir ki, Paşinyanın bu açıqlamaları İrəvanda gərginliyə səbəb olub. Siyasi analitiklər, bu addımın Ermənistanın təhlükəsizlik siyasətində ciddi dəyişikliklərə yol aça biləcəyini qeyd edirlər. Ekspertlər, Rusiyanın bu bazanı geri çəkməkdə maraqlı olmadığını və bunun regionda güc balansını dəyişdirə biləcəyini bildirirlər.
Siyasi şərhçi Azər Qasımov, Paşinyanın bu addımının əslində Qərb alyansının istəyi ilə əlaqəli olduğunu və Rusiyanın bu bazanı Ermənistandan çıxarmayacağını vurğulayıb. O, 102-ci bazanın Rusiyanın cənub cinahında strateji əhəmiyyət daşıdığını və uzun müddət orada qalacağını qeyd edib.
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq