09.07.2018 - 08:54
Ölkə 6 baxış

Bakıda avtobusa it mindirdilər - VİDEO

Bakıda sərnişin avtobuslarının birinə it mindiriblər. Özü də təhlükəsizlik tədbirlərinə əməl etmədən.

Bu görüntülər paytaxtda sərnişin daşıma ilə məşğul olan avtobusların birində lentə alınıb. Kadrlardan avtobusa böyük bir it mindirildiyi aydın olur. Üstəlik təhlükəsizlik qaydalarına əməl edilmədən.

Bu görüntülər bir daha avtobuslara ev heyvanlarının daşınma məsələsini gündəmə gətirib.Sərnişinlərin münasibəti buna bir mənalıdır. Onlar bu cür hərəkətin təhlükəli olduğunu bildirirlər.

Sürücülərin əksəri isə belə hallara yol vermədiklərini deyirlər. Sürücülər bəzi hallarda bunun mübahisə ilə nəticələndiyini də deyirlər.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə deyir ki, bu məsələ qanunvericilikdə öz əksini tapıb. Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən, ev heyvanının bu şəkildə daşınması qadağandır.

İnzibati xətalar məcəlləsinə görə, bu qaydaları pozan şəxslər 40 manat məbləğində cərimə edilə bilər.

Ekspert bu qanunvericiliyin təcrübədə az tətbiq edildiyini də bildirdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: