Buraxılış imtahanlarının proqramları yeniləndi
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Proqramlar həm Azərbaycan, həm də rus dillərində təqdim olunub.
Minval.info xəbər verir ki, ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar təqdim edilib. Tam orta təhsil səviyyəsi üzrə isə hər iki bölmə üçün eyni fənlər üzrə proqramlar açıqlanıb.
DİM-dən verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə xarici dillərdən dinləyib-anlama bacarıqlarını yoxlamaq üçün müxtəlif mətnlər və tapşırıqlar istifadə olunacaq. Oxuyub-anlama, qrammatika və leksika üzrə biliklərin yoxlanılması üçün də müxtəlif tapşırıqlar nəzərdə tutulub.
Proqramların sonunda əsas ədəbiyyat kimi respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklər göstərilib. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlardan isə orta məktəbdə öyrənilənlərin təkrarı üçün istifadə edilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır