11.09.2026 - 08:30
Ölkə 15 baxış

Bakıda kirayə qiymətləri sürətlə yüksəlir!

Bakıda kirayə mənzil bazarında qiymətlər əvvəlki illərlə müqayisədə 6-12 faiz arasında artıb. Xüsusilə, paytaxtın bəzi ərazilərində qiymət artımı daha çox nəzərə çarpır. Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirir ki, bəzi investorlar qiymət artımını müşahidə edərək həmin ərazilərdən mənzil alıb kirayə bazarına təklif edirlər.

Minval.info xəbər verir ki, “Ağ şəhər”, Yusif Səfərov küçəsi, Gənclik və Atatürk prospekti, eləcə də Xətai rayonunun bəzi hissələri qiymət artımında ön sıralardadır. Ekspertlər qeyd edir ki, qiymətlər layihələr və ərazilər üzrə fərqlənə bilər. İnvestisiya üçün seçim zamanı yalnız mənzilin bugünkü qiyməti deyil, həmin ərazidə gələcəkdə baş verə biləcək dəyişikliklər də nəzərə alınmalıdır.

Binəqədinin 8-ci mikrorayonu və Dərnəgül istiqaməti daha münasib qiymətə əmlak almaq istəyənlər üçün alternativ kimi göstərilir. Burada da kirayə qiymətləri stabil deyil. Səbail rayonunun Badamdar qəsəbəsinin mərkəzi hissəsi və 3-cü massiv ətrafı ekoloji şəraiti, şəhər mənzərəsi və tıxaclardan uzaq olması ilə seçilir. Bu istiqamətdə də qiymətlərdə 7-10 faiz artım müşahidə olunur. Ekspertlər əlavə edir ki, sadalanan ərazilərdən mənzil alanların gələcəkdə həmin əmlakı asanlıqla satmaq imkanları da böyükdür.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: