Badamdarda dörd aylıq yol problemi: Hələ də həll yoxdur
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 20-ci yaşayış massivinə aparan Cavidan İbrahimli küçəsi dörd aydır nəqliyyatın hərəkəti üçün bağlıdır. Yol mart ayında ərazidə sürüşmə riskinin olduğu səbəbilə beton maneələrlə bağlanmışdır. Lakin bu müddət ərzində ərazidə heç bir təmir və ya bərpa işləri həyata keçirilməmişdir.
Minval.info xəbər verir ki, yolun bağlı olması 20-ci yaşayış massivinə gedib-gələn sakinlərin hərəkətini çətinləşdirir. Xüsusilə avtobus sərnişinləri yolun qarşısında düşərək məsafəni piyada qət etməli olurlar. İyul ayında aidiyyəti qurumlardan bildirilib ki, ərazidə araşdırma aparılacaq, işçi qrupu yaradılacaq və layihələndirmə işlərindən sonra müvafiq tədbirlər görüləcək. Lakin sakinlərin sözlərinə görə, bu müddət ərzində problemin həlli istiqamətində heç bir iş görülməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Suraxanıda yol təmiri: Sıxlıq artdı!
Sona Sadıxlı DOST Agentliyində şöbə müdiri oldu
Ağdaşda bədbəxt hadisə: 60 yaşlı kişi tok vurdu
Anar Yusifoğlu xərçəngə qarşı mübarizədədir
Kadırovdan saqqal və qısa şalvar qadağası!
Xətaidə açıq kanalizasiya quyusu təhlükə saçır
Aysu Abdullayeva "Bantik"i şantajda ittiham edir