Qarabağ atlarına dövlət dəstəyindən min manat subsidiya
Dövlət, Qarabağ və Dilbaz atlarının qorunması və sayının artırılması məqsədilə illik subsidiya proqramı həyata keçirəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Minval.info xəbər verir ki, qeydiyyata alınmış milli at cinslərinə aid heyvanlar üçün subsidiyanın məbləği yaş və cinsdən asılı olaraq müəyyənləşdirilib. Belə ki, 2 yaşadək dayçalara 600 manat, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat, damazlıq ayğırlara isə 1000 manat illik subsidiya veriləcək.
Subsidiya almaq üçün heyvanların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə qeydiyyata alınması, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqlənməsi əsas şərtlərdən olacaq.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək