Taksi qiymətləri niyə yüksəlir? Səbəblər açıqlandı!
Son günlərdə taksi xidmətlərində qiymətlərin artması müşahidə olunur. Sərnişinlər eyni məsafə üçün əvvəlki günlərlə müqayisədə daha yüksək ödəniş etməli olduqlarını bildirirlər.
Minval.info xəbər verir ki, “Bolt” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, platformada gedişhaqqı dinamik şəkildə formalaşır. Bu qiymətlər sifariş zamanı mövcud tələb-təklif nisbəti, yol hərəkətinin intensivliyi, marşrutun uzunluğu, səfərin müddəti və sürücülərin əlçatanlığı kimi amillərdən asılı olaraq dəyişir.
Hava şəraiti, məsələn, yağışlı və ya soyuq hava, taksiyə tələbatı artıra bilər. Bu zaman aktiv sürücülərin sayı azaldıqda, qiymətlərdə müvəqqəti artım müşahidə oluna bilər. Lakin hava şəraiti özü ayrıca qiymət artımı tətbiq etmir, onun yaratdığı yüksək tələbat dinamik qiymətləndirməyə təsir göstərə bilər.
“Yango” şirkətindən bildirilib ki, səfərin qiyməti avtomatlaşdırılmış alqoritm əsasında, şəhərdəki real vəziyyətə uyğun olaraq formalaşır. Yekun məbləğ xətdə olan boş avtomobillərin sayı ilə sifarişlərin nisbətindən, yollardakı sıxlıqdan, hava şəraitindən və təyinat yerinin xüsusiyyətlərindən asılıdır. Əgər müəyyən bir ərazidə tələbat mövcud boş maşınlardan çoxdursa, alqoritm sürücüləri həmin istiqamətə cəlb etmək üçün sistemi tənzimləyir. Yollardakı hərəkətlilik azaldıqda və balans bərpa olunduqda qiymət dərhal adi vəziyyətinə qayıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"