Səfir Mustafayevdən Moskvaya neqativ fon xəbərdarlığı
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, bəzi Rusiya media orqanlarında və sosial şəbəkələrdə ölkəmizə qarşı formalaşdırılan neqativ informasiya fonunun iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdiyini vurğulayıb.
Minval.info xəbər verir ki, səfir “Lenta.ru” nəşrinə verdiyi müsahibədə Bakı ilə Moskva arasındakı strateji tərəfdaşlıqdan bəhs edərək, mövcud problemləri açıq şəkildə dilə gətirib. O, bəzi rusiyalı ekspertlər, blogerlər və jurnalistlər tərəfindən Azərbaycana qarşı yaradılan neqativ informasiya fonuna diqqət çəkib.
Rəhman Mustafayev, Bakı ilə Moskva arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə zərər verən bu cür bəyanatlarla bağlı Rusiya tərəfinin diqqətini məsələyə cəlb etdiyini bildirib. O, Moskvanı bu vəziyyətin düzəldilməsi üçün prinsipial reaksiya verməyə və konkret addımlar atmağa çağırıb.
Bununla yanaşı, diplomat, Azərbaycan və Rusiya arasındakı fikir ayrılıqlarının ali və yüksək səviyyəli konstruktiv dialoq çərçivəsində həll olunduğunu və iki ölkə münasibətlərinin dinamik və çoxşaxəli proses kimi inkişaf etdiyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda səs-küy çirklənməsi: Sağlamlığa təhlükə!
Bakı dayanacaqlarının yarısı standartlara uyğun deyil!
Bakıda kirayə qiymətləri sürətlə yüksəlir!
ADNSU-da süni intellekt üzrə yüksək maaşlı vakansiya
Bakı-Sumqayıt qatarı hələ də yola çıxmır!
Qarabağ atlarına dövlət dəstəyindən min manat subsidiya
Nərimanova ekspress avtobuslar: Yeni nəqliyyat imkanları!