Bakıda səs-küy çirklənməsi: Sağlamlığa təhlükə!
Bakıda səs-küy çirklənməsi şəhər həyatının keyfiyyətinə ciddi təsir göstərən, lakin çox vaxt diqqətdən kənarda qalan mühüm problemlərdən biridir. Şəhərin mərkəzində avtomobil siqnalları və nəqliyyat vasitələrinin yaratdığı səslər narahatlıq doğurur.
Minval.info xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu məsələnin yalnız rahatlıq və komfortla deyil, həm də ictimai sağlamlıq və şəhər həyatının keyfiyyəti ilə bağlı olduğunu vurğulayıb. O, Dünya Şəhərsalma Forumunda “Azərkosmos” tərəfindən təqdim edilən Bakının səs-küy xəritəsinin problemin xəritələşdirilməsi və ərazilər üzrə təhlilinin mümkün olduğunu göstərdiyini bildirib.
Ekspert səs-küyün əsas mənbələri arasında avtomobil və avtobusların hərəkətini, əsassız avtomobil siqnallarını, tikinti və təmir işlərini, dəmir yolu və aviasiya nəqliyyatını, eləcə də sənaye fəaliyyətlərini qeyd edib. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına əsasən, uzunmüddətli səs-küy təsiri yuxu pozuntuları, stress və ürək-damar sistemi ilə bağlı risklər yaradır.
Rauf Ağamirzəyev Bakıda səs-küy probleminin həllinə məlumat və ölçmələr əsasında yanaşılmasının vacibliyini vurğulayıb. Səs-küy xəritələrinin mütəmadi yenilənməsi, səs səviyyəsinin yüksək olduğu ərazilərin və əsas mənbələrin müəyyənləşdirilməsi zəruridir. Nəqliyyat vasitələrinin siqnallarından əsassız istifadəyə nəzarətin gücləndirilməsi və həssas ərazilərdə xüsusi tədbirlərin görülməsi də önəmlidir. Şəhərin rahatlığı yalnız tıxacın olmaması ilə deyil, həm də sakit və sağlam mühitlə təmin edilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı dayanacaqlarının yarısı standartlara uyğun deyil!
Bakıda kirayə qiymətləri sürətlə yüksəlir!
ADNSU-da süni intellekt üzrə yüksək maaşlı vakansiya
Bakı-Sumqayıt qatarı hələ də yola çıxmır!
Qarabağ atlarına dövlət dəstəyindən min manat subsidiya
Nərimanova ekspress avtobuslar: Yeni nəqliyyat imkanları!
Ana qolları olmayan körpəsindən imtina etdi