11.09.2026 - 09:05
Ölkə 20 baxış

Bakı dayanacaqlarının yarısı standartlara uyğun deyil!

Bakı şəhərində ictimai nəqliyyatın əsas elementlərindən biri olan avtobus dayanacaqları ilə bağlı yeniliklər davam edir. Son illərdə avtobus parkının yenilənməsi ilə yanaşı, sərnişinlərin gözləmə şəraitinin yaxşılaşdırılması və dayanacaq infrastrukturunun müasirləşdirilməsi istiqamətində də əhəmiyyətli işlər görülməkdədir.

Minval.info xəbər verir ki, hazırda Bakı şəhərində 3397 avtobus dayanacağı mövcuddur. Bu dayanacaqlardan 1409-u müasir tipli pavilyonlarla təchiz edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, dayanacaq məntəqələrinin təşkili və pavilyonların quraşdırılması zamanı sərnişin tələbatı, yol hərəkətinin təhlükəsizliyi və mövcud səki şəraiti nəzərə alınır.

Dayanacaqların müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Dövlət Standartına (AZS 954-2024) əsasən, indiyədək 1409 müasir tipli pavilyon quraşdırılıb və bu prosesin davam etdirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: