Bakı-Sumqayıt qatarı hələ də yola çıxmır!
Bakı-Xırdalan-Sumqayıt dəmiryol marşrutu üzrə sərnişin qatarının fəaliyyəti sentyabrın 15-nə qədər bərpa edilməyəcək. Ötən ilin sentyabr ayında müvəqqəti dayandırılan bu marşrutun yenidən fəaliyyətə başlaması üçün dəqiq tarix hələlik açıqlanmayıb.
Minval.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) dəmir yolunda aparılan təmir işləri səbəbindən qatarın fəaliyyətinin altı aydan sonra bərpa ediləcəyini bildirmişdi. Lakin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) inşa etdiyi tunelin tikintisi bu prosesi ləngitmişdir. ADY-nin verdiyi məlumata görə, Xırdalan-Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün bərpası işləri də əlavə vaxt tələb edir.
Görülən işlərin əsas məqsədi xətt üzrə qatarların təhlükəsiz və etibarlı hərəkətini təmin etməkdir. Bu səbəbdən, Xırdalan-Bakı istiqamətində hərəkət sürəti və istiqamətində müvəqqəti dəyişikliklər edilib. Şəhərətrafı qatarların gündəlik reys sayı artırılaraq 84-dən 90-a çatdırılıb. Körpünün bərpası başa çatdıqdan sonra sürət həddi artırılacaq və qatarların hərəkət qrafiki müvafiq qaydada tənzimlənəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi