Nərimanova ekspress avtobuslar: Yeni nəqliyyat imkanları!
Nərimanov istiqamətində ictimai nəqliyyatla bağlı sərnişinlərin narazılığı artmaqdadır. Sərnişinlər, M ekspress avtobuslarının Nərimanovda dayanacağının olmamasından şikayətlənirlər. Bu səbəbdən, bu istiqamətə getmək istəyənlər Gənclikdə düşərək əlavə avtobusa və ya metroya keçməli olurlar ki, bu da əlavə vaxt itkisinə səbəb olur.
Minval.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlər üçün tələbatdan asılı olaraq alternativ nəqliyyat imkanlarının yaradıldığını açıqlayıb. Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün 7 ekspress marşrut təşkil edilib. Bu marşrutlar vasitəsilə sərnişinlərə alternativlər təqdim edilir.
Bundan əlavə, 28 müntəzəm marşrut xətti əlavə avtobuslarla gücləndirilib. Metronun “Nəriman Nərimanov” stansiyasından keçən 2, 9, 26, 67 və 202 nömrəli marşrut xətlərinə əlavə avtobuslar cəlb edilib. Bu marşrutlar digər metrostansiyalarla əlaqəliliyi təmin edir.
Qurumdan bildirilib ki, vəziyyət davamlı izlənilir və ehtiyac olduqda dəyişikliklər edilir. Metro xətlərinin ayrılma layihəsi çərçivəsində əlavə 200-ə yaxın avtobus Bakı şəhərində 35 marşrutu gücləndirib. Bu marşrutlarla gün ərzində 520 000-dən çox sərnişin daşınır ki, bu da layihənin icrasından öncəki vəziyyətlə müqayisədə gündəlik 200 000-ə yaxın əlavə sərnişin deməkdir. Təhlillər davam edir və lazımi qərarlar qəbul olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi