Şirvanda toyda kriminal mahnıya görə həbs olay!
Şirvanda keçirilən toy məclisində gözlənilməz hadisə baş verib. “Aytac” şadlıq sarayında təşkil olunan məclisdə kriminal məzmunlu musiqinin səsləndirilməsi hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olub.
Minval.info xəbər verir ki, polis əməkdaşları küçədən keçərkən yüksək səslə səsləndirilən musiqini eşidiblər və dərhal şadlıq sarayına daxil olaraq, musiqinin dayandırılmasını tələb ediblər. Lakin qısa müddət sonra həmin musiqi yenidən səsləndirilib.
Bununla yanaşı, bəyin 48 yaşlı atası polisin qanuni tələbinə tabe olmayıb. Nəticədə o, saxlanılaraq polis şöbəsinə aparılıb və barəsində müvafiq inzibati protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə bəyin atası 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır