BMT Yəmən üçün təcili iclas çağırır
BMT Təhlükəsizlik Şurası Yəməndəki vəziyyətlə əlaqədar təcili iclas keçirmək qərarına gəlib. Bu iclas Bəhreyn və Böyük Britaniyanın müraciəti əsasında sentyabrın 10-da baş tutacaq.
Minval.info xəbər verir ki, iclasda BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberqin çıxışı gözlənilir. Tədbirdə Səudiyyə Ərəbistanı və Yəmən də iştirak edəcək. Bu iştirak Təhlükəsizlik Şurasının müvəqqəti prosedur qaydalarının 37-ci qaydasına uyğun olaraq həyata keçiriləcək.
İclas, “Ənsar Allah”dan olan husilər və Yəmən hökumət qüvvələri arasındakı gərginliyin artması və 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə edilmiş barışıqdan sonra yaranmış nisbi sakitliyin pozulması fonunda keçiriləcək. Husilər tərəfindən Səudiyyə Ərəbistanı ərazisinə zərbələrin endirilməsi də iclasın gündəliyində yer alacaq.
ƏLAQƏLİ
Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Netanyahunu devirmək üçün plan: Ərəb partiyaları müxalifətlə birləşir
Donald Trampın WSJ-yə qarşı iddiası yenidən rədd edildi
Türkiyədə “Yüz vilayət, 1000 rayon” layihəsi reallaşacaq?
Netanyahunun oğlu İsraildəki ərəb partilərini tənqid etdi
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyasını sürətləndirmək istəyir
Ərdoğan: Türk dünyasının ailə fotoşəkilində ayrılığa yer yoxdur
Paşinyan istefa üçün şərtini açıqladı